"Barselona" dünya çempionatının finalında

Yaponiyada keçirilən klublararası dünya çempionatında ikinci finalçının kimliyinə aydılıq gəlib.

Newsport.az-ın məlumatına görə, yarımfinal matçında İspaniyanın "Barselona" və Çinin "Quanqjou" klubları üz-üzə gəlib.

Oyun Kataloniya təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb. Luis Suaresin vurduğu 3 qol "Barselona"nı finala yüksəldib - 3:0.

Qeyd edək ki, "Barselona" finalda Argentinanın "River Pleyt" klubu ilə qarşılaşacaq. Dekabrın 20-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.


 

17 dekabr

"Barselona" (İspaniya) - "Quanqjou" (Çin) - 3:0
Qollar:
 Luis Suares, 39 (1:0), 50 (2:0), 67-pen (3:0





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right