"Traktor Sazi" qələbə qazandı

İran çempionatında 15-ci turunun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Təbrizin "Traktor Sazi" klubu bu tur səfərdə "İstiqlal AHV"ın qonağı olub.

"Traktor Sazi" bu görüşdə qələbə qazanmaqla turnir cədvəlindəki mövqeyini bir qədər də yaxşılaşdırmağa çalışacaqdı ki, buna da nail olub. Hamoudi və Saghebinin vurduğu qollar qonaqlara qələbə qazandırıb - 2:0.

Qeyd edək ki, bu qələbədən sonra xalını 22-yə yüksəldən "Traktor Sazi" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

 


17 dekabr

İran çempionatı, 15-ci tur

15:30. "İstiqlal AHV" - "Traktor Sazi" - 0:2
Qollar:
 Hamoudi, 3 (0:1), Saghebi, 90 (0:2)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right