Almaniya kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Newsport.az-ın məlumatına görə, son oyun günündə daha 4 qarşılaşma baş tutub.
Səfərdə "Ausburq"un qonağı olan "Borussiya" (Dortmund) rəqibinə 2:0 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb. "Ştuttqart" isə evdə "Braunşveiq"i üstələyib - 3:2.
Qeyd edək ki, daha öncə "Bavariya", "Verder", "Bohum" və "Heydenhaym" 1/4 finala adlayıb.
16 dekabr
Almaniya kuboku, 1/8 final
"Nürnberq" - "Herta" - 0:2
Qollar: Darida, 32 (0:1), Brooks, 65 (0:2)
"Ştuttqart" - "Braunşveiq" - 3:2
Qollar: Baffo, 6 (0:1), Niedermeyer, 21 (1:1), Verner, 99 (2:1), Ademi, 110 (2:2), Sunjiç, 118 (3:2)
"Ausburq" - "Borussiya" (Dortmund) - 0:2
Qollar: Obameyanq, 61 (0:1), Mxitaryan, 66 (0:2)
"Münhen 1860" - "Bohum" - 0:2
Qollar: Haberer, 39 (0:1), Hooqland, 44 (0:2)