“Futbolçularım mənə xəyanət etdilər” – Mourinyo

“Artıq ilk “4-lük”də qərarlaşmağımız mümkün deyil. Futbolçularımın işimdə mənə xəyanət etdiyini hiss edirəm".

Newsport.az-ın məlumatına görə, bu sözləri “Çelsi”nin baş məşqmisi Joze Mourinyo “Lester”ə məğlubiyyətdən sonra deyib.

O, “Lester”lə oyun  üçün dörd gün dayanmadan işlədiyini bildirib: "Rəqibi yaxşı analiz etmişdim. Futbolçularım ən azı üç gün bütün tapşırıqları aldılar. Onların daxilən yaxşı insan olduqlarını bilirəm. Bir gün onlara hər şeyi doğru tapşırdığımı görəcəklər“. 

Portuqaliyalı mütəxəssis həmçinin, “Çelsi”dən ayrılmaq istəmədiyini də qeyd edib: ”Çelsi”də işimi davam etdirmək istəyirəm. İnanıram ki, klubun sahibi Roman Abromoviç də qalmağımı istəyəcək”.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right