Hollandiyanın "Tvente" klubu Avrokuboklardan 3 futbol mövsümü müddətində diskalifikasiya edilib.
Newsport.az-ın məlumatına görə, bu barədə Hollandiya Futbol Federasiyası məlumat yayıb.
Mənbədə deyilir ki, Ensxede təmsilçisi 2014/15 mövsümündə Avropa Liqasında qanunsuz iştirak edib.
Belə ki, "Tvente" Hollandiya Futbol Federasiyasının Lisenziyalar şöbəsinə müraciət etmədən inverstisiya kompaniyası "Doyen Sports"la müqaviləyə qol çəkib.
Xatırladaq ki, ötən 2014/15-cil mövsümündə "Qarabağ" məhz "Tvente"ni məğlub edərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı
Korner.az