"Qarabağ"ın rəqibinin futbolçusu Türkiyə klubuna keçdi

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş"da ayrılıq gerçəkləşib.

Newsport.az xəbər verir ki, Macarıstan təmsilçisinin futbolçusu Adam Traore "Gənclərbirliyi"nə keçib. Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Super Liqaya yüksələn kollektiv 30 yaşlı malili vingerlə 2027-ci ilin yayında kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"la ilk matçı bu gecə Bakı vaxtı ilə saat 23:00-da səfərdə keçirəcək. Cavab görüşü isə ayın 27-da Bakıda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right