"İnter" "Atalanta"nın futbolçusu Ademola Lukmanı transfer etməklə bağlı fikrini dəyişib.
Newsport.az xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb.
"İnter" rəhbərliyi "Atalanta"ya və futbolçunun agentlərinə məlumat göndərərək, artıq Ademola Lukmanı transfer etmək istəmədiklərini bildiriblər.
Əvvəllər "İnter"ə keçmək arzusunu bildirən və buna görə məşqləri yarımçıq qoyan nigeriyalı, böyük ehtimalla karyerasını "Atalanta"da davam etdirəcək. Münaqişələrə və cərimə təhlükəsinə baxmayaraq, Lukman heyətə qayıtmağa hazırdır və A seriyasının ilk turunda "Piza" ilə qarşılaşmada meydana çıxa bilər.
Qeyd edək ki, Lukman daha əvvəl "Everton", "Fulhem", "Lester" və "Leyptsiq"də oynayıb.