“Mənim üçün Noyer bütün zamanların ən yaxşı qapıçısıdır” Toni Kroos

Almaniya millisinin və “Real”ın keçmiş yarımmüdafiəçisi Toni Kroos, ona görə, futbol tarixinin ən yaxşısı olan qapıçının adını açıqlayıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Bayern”in futbolçusu Manuel Noyerin adını çəkib:

“Mən Noyerdən başqa, variantın olduğunu düşünmürəm. Oliver Kanla bir neçə məşq keçirdim, kifayət qədər danışdıq. Amma mənim üçün Noyer bütün zamanların ən yaxşı qapıçısıdır”.

Noyer 2009-2024-cü illərdə Almaniya millisində çıxış edib. 39 yaşlı qolkiper 2011-ci ildən “Bayern”də forma geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right