"Çempionlar Liqasında oynamaq istəyirəm"

Bir müddət "Milan"ın heyətində göstərdiyi oyunla diqqət mərkəzinə düşən Aleşandre Pato Avropa karyerasını bərpa etmək niyyətindədi. 

Newsport.az-ın məlumatına görə, "San Paulo" klubunun şərəfini qoruyan hücumçu İngiltərə Premyer Liqasında oynamağa maraq göstərdiyini gizlətməyib.

"İngiltərədə oynamaq istərdim. Mənə görə Premyer Liqa dünyanın 1 nömrəli çempionatıdır. Avropada yeni karyera qurmaq fikrindəyəm. Çempionlar Liqasında oynamaq istəyirəm. Daha əvvəl Vilyan, Firmino, Koutinyo və David Luizlə Premyer Liqa barədə danışmışam. Məncə, braziliyalılar bu liqada oynaya bilər".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right