Klublararası dünya çempionatında "Quanqjou Everqrand" Meksika klubu "Amerika"nı məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Newsport.az-ın məlumatına görə, Çin klubunun baş məşqçisi Luiz Felipe Skolari oyun haqda və yarımfinal qarşılaşması barədə fikirlərini bölüşüb.
"Futbol oyunu 90 dəqiqədir. Çox istəyirdik ki, yarımfinala çıxaq. Buna görə bəi riskli dəyişikliklər etdim. Bu, öz effektini verdi. Komandamın nəyə qadir olduğunu bilirəm. "Amerika" fantastik tarixə malik komandadı. Amma onlara qalib gəldik. "Barselona" ilə keçirəcəyimiz möhtəşəm oyunu arzulayırıq. Qələbə qeyri-mümkündür".