Sərtan Taşkının komandası liderliyə yüksəldi

Türkiyə birinci liqasında ikinci tura start verilib.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Sərtan Taşkının formasını geydiyi “Serik Spor” öz meydanında “Ümraniyespor”u qəbul edib.

Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Serik Spor”a qələbə qazandıran qolu 45+2-ci dəqiqdə penaltidən Markos Silva vurub.

Sərtan da bu görüşün iştirakçısı olub. Görüşə ehtiyatdan başlayan 27 yaşlı müdafiəçi 89-cu dəqiqədə İlya Berkovskinin əvəzinə meydana daxil olub. 

Bu qələbə sayəsində xallarının sayını 4-ə çatdıran “Serik Spor” turnir cədvəlində liderliyə yüksəlib. “Ümraniyespor” isə 3 xalla 7-ci pillədə qərarlaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right