“Mançester Yunayted” danimarkalı futbolçu ilə maraqlanır

Lissabon “Sportinq”inin yarımmüdafiəçisi Morten Yulmann İngiltərə Premyer Liqası klubunun diqqətini cəlb edib.

Newsport.az “Sky Sports”-a istinadən xəbər verir ki, danimarkalı futbolçu ilə “Mançester Yunayted” maraqlanır.

“Qırmızı şeytanlar” Yulmann üçün transfer təklifi verməyi planlaşdırır. Onun Portuqaliya təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına kimidir və transfer dəyəri 26 milyon avro təşkil edir.

26 yaşlı oyunçu 2024/25 mövsümündə “Sportinq”in heyətində 47 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right