Yamal “Barselona”nın yeni transferini təəccübləndirib

“Barselona”nın yeni qapıçısı Xuan Qarsiya komanda yoldaşı Lamin Yamal haqqında fikirlərini bölüşüb.

Newsport.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, 18 yaşlı vingerin çox yaxşı oyunçu olduğunu söyləyib:

“Yamal qarşısıalınmazdır. Hər kəs onun matçlarda nə qədər yaxşı olduğunu görür, amma o, həm də məşqdə, sözün əsl mənasında, hər hərəkətində özünü çox yaxşı göstərir. Əlbəttə, onun hələ öyrənməli çox şeyi var. Çünki o, çox gəncdir. Amma o, məni təəccübləndirdi”.

İspaniyalı qolkiper bu yay “Espanyol”dan Kataloniya klubuna keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right