Millimizin üzvündən Niderland klubunda uğurlu debüt

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü Niderlandın “Volendam” klubunda rəsmi debüt edib.

Newsport.az xəbər verir ki, sözügedən komanda Erediviziyanın 1-ci turunda “Heerenven”in qonağı olub. Matç qollu bərabərliklə başa çatıb – 1:1.

Ozan oyuna start heyətdə başlayıb və 65-ci dəqiqədə komandasının bərabərlik qoluna imza atıb. Kökçü 72-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 26 yaşlı futbolçu bu ilin may ayında "Volendam"la 1+1 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right