Milli komandamızın futbolçusu Eddi İsrafilovun zədəliolması barədə məlumatı diqqətinizə çatdırmışdıq.
Newsport.az-ın məlumatına görə, İsrafilovun zədəsi hələ də sağalmayıb. İspaniya mətbuatında yer alan məlumata görə, "Eybar”ın formasını geyinən milli futbolçumuz La Liqanın XIV turunda "Valensiya” ilə oyunu buraxacaq.
Qeyd edək ki, Eddi zədə səbəbindən La Liqanın ötən turunda da forma geyinə bilməmişdi.