Yarış “Ferrari”si 9 milyona satılır

“Ferrari”nin nadir modellərindən biri, 19 ədəd olmaqla məhdud tirajla istehsal edilən F40 LM avqustun 15-16-da Monterreydə RM Sotheby’s hərracına çıxarılır. Lotun gözlənilən qiyməti 8,5-9,5 milyon dollardır.

“Ferrari” F40 italyan brendinin 40 illik yubileyi üçün yaradılıb və şirkətin Enzo Ferrarinin sağlığı dövründə dizayn etdiyi sonuncu avtomobil olub. Avtomobil 352 kVt (478 at gücü) gücünə malik 2,9 litrlik tvin-turbo V8 mühərriki ilə təchiz edilib.

Standart F40 ilə müqayisədə, F40 LM daha böyük interkulerlər, yenidən işlənmiş eksantrik mili, həmçinin dəyişdirilmiş yanacaq sistemi və daha güclü turbomühərrikə malikdir. Bu dəyişikliklərlə mühərrikin gücü 530 kVt-a (720 at gücünə) çatıb. Daha sonra GTC qaydalarına uyğun hazırlanmış bir versiya ortaya çıxıb və onun gücü 559 kVt (760 at gücü) olub. Məhz bu model “RM Sotheby’s” hərracına çıxarılır. Hərracda daha bir neçə nadir “Ferrari” təqdim olunacaq. 1967-ci ilin “Ferrari” 275 GTB/4-ü təxminən 4 milyon dollara, 2015-ci ilin “Ferrari” LaFerrari-nin 4,3-4,8 milyon dollar dəyərinə satılacağı planlaşdırılır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right