“Barselona”nın “Kamp Nou”ya qayıdacağı vaxt bilindi

“Barselona” öz tarixi stadionu “Kamp Nou”da yenidənqurma işlərinin növbəti mərhələsinə – qazonun döşənməsinə start verib.

Newsport.az xəbər verir ki, Kataloniya klubu stadionun yenilənmiş versiyasında 14 sentyabr tarixində ilk ev oyununu keçirməyi planlaşdırır. Bu, La Liqanın 4-cü turunda “Valensiya”ya qarşı olacaq.

“Barsa” yeni mövsümün ilk üç matçını səfərdə keçirəcək.

Klub artıq “Kamp Nou”nun inşaat baxımından istismara verilməsi üçün rəsmi icazəni alıb. İndi isə tribunaların azarkeşlərə açılması üçün lisenziya gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right