"Beşiktaş" "Benfika"dan aldı Rusiya klubuna satdı RƏSMİ

“Beşiktaş” Jedson Fernandeşin transferi ilə bağlı “Spartak”la aparılan danışıqları rəsmi şəkildə təsdiqləyib.

Newsport.az xəbər verir ki, Türkiyə klubu İctimai Açıqlama Platformasına (KAP) müraciət edərək, portuqaliyalı yarımmüdafiəçinin keçidi ilə bağlı Rusiya təmsilçisi ilə danışıqlara başlandığını bildirib.

Qeyd edək ki, daha əvvəl məlum olmuşdu ki, İstanbul klubu 26 yaşlı futbolçunun 50% transfer hüququnu “Benfika”dan alıb və onu “Spartak”a 20+5 milyon avro qarşılığında satmağa razılaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right