"Milan"ın qapıçısı "Roma"da RƏSMİ

"Roma" sabiq"Milan" qapıçısını transfer edib.

Newsport.az xəbər verir ki, Roma klubu kolumbiyalı qapıçı Devis Vaskeslə 2 illik müqavilə imzalandığını elan edib. Futbolçu "rossonerlər"dən azad agent kimi ayrılıb.

Vaskes 2023-cü ildə "Milan"a qoşulsa da, klubun heyətində bir dənə də olsun oyun keçirməyib. O, icarə əsasında "Şefild Uenseydey", "Askoli" və "Empoli"də çıxış edib.

Qeyd edək ki, ötən mövsüm A Seriyasında 32 oyun keçirən qapıçı 45 qol buraxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right