Şevalye 5 illik müqaviləyə razılaşıb

PSJ Lukas Şevalyenin transferinə çox yaxındır. Parislilər 23 yaşlı qapıçının keçidi üçün son cəhdlərini edir.

Newsport.az xəbər verir ki, “Lill” 2027-ci ilin yayınadək müqaviləsi olan qolkiperi satmağa razıdır. Amma Liqa 1 klubu bu keçiddən maksimum çox pul qazanmağa çalışır. Klub yetirməsinə 40 milyon avro qiymət təyin edib. Fransa çempionu məbləği 25 faiz azaltmağa cəhd edir. Amma “Lill” həm güzəştə getmir, həm də ödənişi öncədən istəyir.

Şevalye şəxsi müqaviləsinin detallarını ötən həftədən razılaşdırıb. Klublar anlaşsa, Lukas 5 illik müqavilə bağlayacaq.

PSJ bu keçidlə Canluici Donnarumma ilə vidalaşmaq niyyətini növbəti dəfə göstərir. İtaliyalı qapıçının tezliklə satılması gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right