Feliks ilə 17,5 milyon avro qazanacaq

İngiltərənin “Çelsi” klubunun portuqaliyalı futbolçusu Joau Feliksin Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”ə keçəcəyi təqdirdə qazanacağı məbləğ məlum olub. 25 yaşlı yarımmüdafiəçi bir mövsüm üçün 17,5 milyon avro əldə edəcək.

Müqayisə üçün onun İngiltərə klubunda 7 milyon avro aldığı qeyd olunub. Müqaviləyə 30 milyon avro ilkin ödəniş və 20 milyon avro əlavə bonuslar daxildir.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü ötən mövsüm icarə əsasında İtaliyanın “Milan” klubunda çıxış edib. 25 yaşlı futbolçu bütün turnirlərdə meydana çıxdığı 21 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right