Françesto Tottinin oğlu karyerasını 19 yaşında başa vurub. İtaliya millisinin sabiq üzvü, “Roma”nın əfsanəsi olan ata Tottinin adının ağırlığı Kristian üçün çəkilməz olub.
Newsport.az xəbər verir ki, Kristian Totti atası ilə tez-tez müqayisə edilməsindən, onun kimi ola bilməməsindən bezərək top oyununa vida edib. Psixoloji təzyqin yekununda o, qərarını atasına bildirib.
Amma Kristian futbolda qalacaq. O, atası tərəfindən qurulan futbol məktəbində skaut kimi işləməyəcək, yeni istedadların üzə çıxarılmasına çalışacaq.
Kristian indiyədək İspaniyada “Rayo Valekano”nun ikinci komandasında, vətənində isə “Avezzano” və “Olbia”da çıxış edib.