İngiltərə klubu Malik üçün 35 milyon avro təklif edib

“Everton” “Lion”un yarımmüdafiəçisi Malik Fofana ilə maraqlanır.

Newsport.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi “Lion”a 35 milyon avro təklif edərək, belçikalı futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb. Bununla belə, Fransa klubu vinger üçün ən azı 5 milyon avro daha çox almaq istəyir.

Fofana həmçinin, “Bayern” və “Liverpul”un transfer hədəfidir.

20 yaşlı futbolçu son mövsümdə bütün turnirlərdə 41 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right