Yaponiya millisinin hücumçusu Almaniya klubunda

Yaponiya millisinin və “Holştayn Kel”in futbolçusu Şüto Maçino Almaniyada klubunu dəyişib.

Newsport.az xəbər verir ki, 25 yaşlı forvard “Borussiya”ya(Münhenqladbax) keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yapon forvard 2029-cu il iyunun 30-na qədər Almaniya klubunda oynayacaq. 

Bundesliqa təmsilçisi bunun üçün 10 milyon avroya ödəməli olub. Ötən mövsüm Maçino Bundesliqada 32 matçda 11 qol vurub.

Yaponiya millisinin üzvü “Yokohama Marinos”, “Qiravanz Kitakyuşu”, “Şonan Bellmare” klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right