"Napoli" "Qalatasaray"ın futbolçusunu istəyir

"Qalatasaray"ın yarımmüdafiəçisi Yunus Akgün bu dəfə İtaliyanın başqa klubunun transfer siyahısına düşüb.

Newsport.az “Tuttosport”a istinadən xəbər verir ki, “Napoli” 25 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır.

Neapol təmsilçisinin rəhbərliyi Akgün üçün “Qalatasaray” rəsmiləri ilə danışıqlara başlayıb. Ancaq Türkiyə çempionunun Yunusu buraxmaq fikrində olmadığı iddia edilir.

“Qalatasaray”ın yetirməsi olan türk futbolçu icarə əsasında “Adana Demirspor” və “Lester”də çıxış edib. Onun Türkiyə klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right