“Fiorentina” “Əl-Əhli”nin futbolçusu üçün rəsmi sorğu göndərib

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu yarımmüdafiəçi Frank Kessyeni transferə çıxarmağa hazırdır.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Fil Dişi Sahili millisinin üzvü “Əl-Əhli”dən ayrılmağa yaxındır. Klub onu uyğun təklif daxil olacağı təqdirdə, satmağa razıdır.

Təxminən iki həftə əvvəl “Fiorentina” Kessye ilə bağlı rəsmi sorğu göndərib. Tərəflər arasında danışıqların hansı mərhələdə olduğu açıqlanmasa da, maraq təsdiqlənib.

28 yaşlı futbolçunun “Əl-Əhli” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right