Stankoviçin oğlu “İnter”i Belçika klubuna dəyişdi

Məşhur serbiyalı veteran futbolçu Deyan Stankoviçin oğlu Aleksandr İtaliyanın “İnter” klubundan “Brügge”yə transfer olunub.

Newsport.az xəbər verir ki, bu barədə Belçika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

19 yaşlı yarımmüdafiəçisi ilə 2029-cu ilə qədər müqavilə imzalanıb. “Transfermarkt” portalının məlumatına görə, oyunçunun keçidi belçikalılara 9,5 milyon avroya başa gəlib.

Aleksandr Stankoviç ötən mövsüm icarə əsasında oynadığı İsveçrənin “Lütsern” komandasında meydana çıxdığı 40 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right