"Arsenal"dan 73 milyon avroluq transfer

"Arsenal" "Sportinq"in hücumçusu Viktor Dyökereşin transferini həll edib.

Newsport.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Topçular" 27 yaşlı forvard üçün Portuqaliya klubuna 63+10 milyon avro təzminat ödəyəcək. İsveç millisinin üzvü "Arsenal"la 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Viktor Dyökereş ötən mövsüm "Sportinq"in heyətində keçirdiyi 52 oyunda 54 qol vurub, 3 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right