Juninyoya “Atletiko”dan rəqib gəlir

“Flamenqo” braziliyalı futbolçuları vətənə qaytarmaqda davam edir. “Qarabağ”dan Olavio Juninyonu transfer edən klub ənənəsinə davam edir.

Newsport.az xəbər verir ki, “Flamenqo” indi də Samuel Linonun izinə düşüb. 25 yaşlı hücumçu üçün danışıqlara başlayan braziliyalılar “Atletiko”ya 25 milyon avro təklif edib. Vaxtilə “Flamenqo”nun aşağı yaş qruplarında oynamış Lino “Jil Visente” və “Valensiya”da çıxış edib. 2022-ci ildən “Atletiko”ya transfer edilən hücumçu özü də geri dönməyin əleyhinə deyil.

Amma “Flamenqo” daha öncə Emersin Royalın keçidini həll etməyi düşünür. “Milan”dan cinah oyunçusunun keçidi həll edilən kimi növbə Linoya çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right