Zamiqin komandası "Dinamo"ya qalib gəldi

UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" Belarusda "Dinamo"nun (Minsk) qonağı olub. Qarşılaşma Albaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Zamiq də bu görüşün iştirakçısı olub. 24 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb. O, 78-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 31 iyul tarixində baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right