“İnter”in hücumçusu Sebastiano Espozito klubu tərk edir.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu milanlıların planlarında deyil, ona görə də, onun yaxın vaxtlarda yeni komandaya qoşulacağı gözlənilir.
Hazırda Espozito ilə İtaliya A Seriyasının üç klubu maraqlanır – konkret adlar hələ açıqlanmayıb. “İnter” bütün tərəflərlə uyğun həll yolu tapmağa çalışır.
İtaliyalı forvard son mövsümdə “Empoli”də icarə əsasında çıxış edərək, 33 matçda 8 qolla yadda qalıb.