“Yuventus” futbolçusu Federiko Qatti ilə müqaviləni uzadıb.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mərkəz müdafiəçisinin sözləşməsi 2030-cu ilin yayına kimi artırılıb.
Qeyd edək ki, 27 yaşlı italiyalı futbolçu 2022-ci ildən “Yuventus”da çıxış edir. O, “qoca sinyora”da 109 oyuna çıxıb.