Enrike daha bir futbolçunu əvəzedici komandaya göndərdi

PSJ-nin baş məşqçisi Luis Enrike icarədən qayıdan Randal Kolo Muani ilə bağlıqərarını verib.

Newsport.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb. Mütəxəssis 26 yaşlı hücumçunu əsas komandaya buraxmayıb. O, əvəzedici komanda ilə məşq edəcək.

Enrike klubun Randalı satmağını istədiyi üçün belə addım atıb. Əvəzedici komandanın iş yükünün az olduğu, bu səbəbdən də futbolçuların zədə almaq və başqa kluba keçidi pozmaq riskinin azaldığı qeyd edilir.

Qeyd edək ki, Enrike daha əvvəl Karlos Soler, Marko Asensio, Milan Şkrinyar və Nordi Mukieleni də ehtiyat heyətə göndərmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right