Ten Haq Cakanı buraxmaq niyyətində deyil

Erik ten Haq Qrant Cakanın satılmasına qarşıdır. “Bayer”in baş məşqçisi komandanın liderlərindən birini itirmək istəmir.

Newsport.az xəbər verir ki, niderlandlı mütəxəssis isveçrəli yarımmüdafiəçinin İngiltərəyə köçmək variantını şərh edərkən bu barədə danışıb: “Cakanın meneceri çox şey deyə bilər. Ancaq bu klub 3 önəmli oyunçusunu zatən itirib, daha birinin getməsinə icazə verə bilmərik. Qranit bir liderdir və klubla daha 3 illik müqaviləsi var”.

Xatırladaq ki, leverkuzenlilər Cakanı “Milan”a satmaqdan imtina edib. Yarımmüdafiəçi özü isə ərəblərin bir neçə təklifini geri çevirib. İndi isə oyunçunun meneceri Qranitin “Sanderlend”ə keçmək istədiyini deyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right