Sergey Yuranın oğlu da Tufan Sadıqovun klubuna keçdi

Türkiyə Birinci Liqasında çıxış edəcək “Serik Belediyespor” heyətini gücləndirməkdə davam edir.

Məlum olduğu kimi, klubun səhmlərinin 50%-ni həmyerlimiz Tufan Sadıqov alıb. O, Rusiyanın “Ximki” komandasını investoru idi. Lakin bir neçə müddət əvvəl klub iflasa uğramış və Sadıqov diqqətini Türkiyə klubuna yönəldib.

“Serik Belediyespor”un səhmlərini aldıqdan sonra komandaya Sergey Yuran baş məşqçi təyin olunub. Rusiyalı mütəxəssis “Ximki”də də çalşıb. Ondan başqa klub sahibinin oğlu İlya Sadıqov heyətə daxili edilib. Daha 3 rusiyalı futbolçu “Serikspor” tərəfindən transfer edilib. Dünən isə baş məşqçi Sergey Yuranın oğlu da komandaya qatılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right