Ferqyuson "Roma"da

"Roma" sıralarına yeni futbolçu qatıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliya təmsilçisi "Brayton"dan Evan Ferqyusonu icarəyə götürüb.

20 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Ferqyuson "Roma"da 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Evan 2022-ci ilin noyabrında "Brayton"da debüt etmişdi. O, bu ilin fevral ayından icarə əsasında “Vest Hem”də oynayırdı. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right