Veyqa “Atletiko” yolunda

Renato Veyqa “Atletiko”nun oyunçusu olmağa tələsir. Portuqaliyal stopper madridlilərlə şəxsi müqaviləsinin detallarını razılaşdırıb.

Newsport.az xəbər verir ki, transferdə maraqlı olan “Çelsi” hazırda İspaniya klubu ilə keçidin detallarını müzakirə edir. 25 milyon avro dəyəri olan 21 yaşlı oyunçunun taleyinə həftə ərzində aydınlıq gələcək.

“Çelsi” ötən yay “Bazel”dən 14 milyon avroya aldığı müdafiəçini qışda “”Yuventus”a icarəyə vermişdi. 2031-ci ilədək müqaviləsi olan Renato daim oynayacağı yerə getmək istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right