Navasın yeni klubu məlum oldu

"Real"ın sabiq qapıçısı Keylor Navasın yeni klubu müəyyənləşib.

Newsport.az xəbər verir ki, 38 yaşlı qolkiper "Nyuells Old Boyz"dan Meksika "Pumas"ına keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kosta-rikalı futbolçunun transfer qiyməti 1,6 milyon avro təşkil edib. 85,5 min avro isə bonus kimi göstərilib.

Qeyd edək ki, Navas karyerası ərzində "Saprissa", "Albasete", "Levante", "Real", PSJ, "Nottinqem Forest"in də formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right