Tommazo Pobeqa “Bolonya”da oynayacaq. “Milan” yarımmüdafiəçisini növbəti dəfə bu komandaya icarəyə verib.
Newsport.az xəbər verir ki, ötən mövsümü də bu klubda icarədə keçirən 25 yaşlı oyunçu “rossonyerlər”in düşərgəsinə qayıtmaq istəməyib. Belədə iki klub yenidən danışıqlar masasına əyləşərək qərar verib.
Lakin bu dəfə anlaşma fərqli olacaq. Belə ki, “Bolonya” mövsümün sonunadək Pobeqanı birdəfəlik transfer etməlidir. Əks halda, “Milan”la 2027-ci ilin yayınadək müqaviləsi olan yarımmüdafiəçi ilk dövrə bitən kimi geri qaytarıla bilər.