2-ci Liqa klubunun futbolçusu üçün 15 milyon avro təklif etdilər

"Almeriya"nın müdafiəçisi Mark Pubill karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Newsport.az xəbər verir ki, "Vulverhempton" ispan futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Premyer Liqa klubu Pubill üçün "Almeriya"ya 15 milyon avro təklif edib. Klublar arasında anlaşma əldə olunduğu bildirilir.

Qeyd edək ki,  "Almeriya" Mark Pubilli 2023-cü ilin yayında "Levente"dən transfer edib. İspaniya U-21 millisinin üzvü ötən mövsüm 2-ci La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right