"İnter"dən ayrılan hücumçu Serbiya klubunda

"İnter"dən ayrılan Marko Arnautoviçin yeni klubu bəlli olub.

Newsport.az xəbər verir ki, avstriyalı hücumçu karyerasını Serbiyada davam etdirəcək.

Arnautoviç "Srvena Zvezda"ya ilə anlaşıb. 36 yaşlı forvardla 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Marko Arnautoviç 2023-cü ilin avqust ayından "İnter"də çıxış edirdi. Təcrübəli futbolçu ötən mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right