"Qalatasaray"ın futbolçusuna La Liqadan təklif

"Qalatasaray"ın futbolçusu Berkan Kutlu karyerasını İspaniyada davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Espanyol" 27 yaşlı yarımmüdafiəçini satınalma bəndi ilə icarəyə götürmək üçün rəsmi təklif göndərib.  Türk oyunçu özü La Liqaya yollanmağa isti yanaşır. Son qərarı klub rəhbərliyi verəcək.

Qeyd edək ki, Berkan Kutlu ötən mövsüm "Qalatasaray"ın heyətində 42 oyunda 1 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right