"Real"ın futbolçusu uzun müddət oynamayacaq

"Real"ın zədəli futbolçusu Endrikin durumuna aydınlıq gəlib.

Newsport.az xəbər verir ki. braziliyalı hücumçu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə "marca" nəşri məlumat yayıb.

19 yaşlı futbolçu 8-10 həftə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Real" Endriki ötən ilin yayında "Palmeyras"dan ttransfer edib. Braziliya millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right