“Qalatasaray”ın sabiq legioneri yenidən Türkiyədə

“Qalatasaray”ın sabiq futbolçusu Henri Onyekuru Türkiyəyə qayıdıb.

Newsport.az xəbər verir ki, Super Liqaya yüksələn “Gənclərbirliyi” nigeriyalı vingeri heyətinə cəlb edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Onyekurunun son klubu Səudiyyə Ərəbistanında “Əl-Fəyha” olub. O, 2018/2019 və 2020/2021 mövsümlərində “Qalatasaray”da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right