“Mançester Siti” Palmeri geri qaytarmaq istəyir

PSJ-nin maraq dairəsində olan Kol Palmerə daha bir müştəri çıxıb. “Mançester Siti” “Çelsi”nin heyətində yüksəlişdə olan ingilis hücumçu üçün 170 milyon avro xərcləməyə hazırdır.

Newsport.az xəbər verir ki, londonlularla 2033-ci ilin yayınadək müqaviləsi olan 23 yaşlı oyunçu qərarını verməyib. Amma onun keçmiş komandasına qayıtmaq istəyi var.

Xatırladaq ki, Palmer “şəhərlilər”in akademiyasında yetişib. O, 2021-ci ildə əsas komandada debüt edib, 2023-cü ildə isə “Çelsi”yə satılıb. “Mançester Siti” o zaman 47 milyon avro qarşılığında vidalaşdığı oyunçu üçün indi 3 dəfədən də artıq pul ödəməyin əleyhinə deyil.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right