Viktor Osimhen "Qalatasaray"da

"Qalatasaray" Viktor Osimhenin transferi üçün "Napoli" ilə razılıq əldə edib.

Newsport.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

"Napoli" "Qalatasaray"ın 75 milyon avroluq təklifini qəbul edib. Klublar arasında şifahi razılıq əldə olunub.

Qeyd edək ki, Viktor Osimhen ötən mövsüm icarə əsasında "Qalatasaray"da çıxış edib. 26 yaşlı forvard "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 41 rəsmi matçda 37 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right