“Betis”in yarımmüdafiəçisi İsko hazırda karyerasının bəlkə də, ən yaxşı dövrünü yaşadığını bildirib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu indiki klubunda hər cəhətdən xoşbəxt olduğunu söyləyib:
“Futboldan təqaüdə çıxmaq üçün anı özüm seçmək istəyirəm, futbolun məndən ayrılması üçün deyil”.
“Betis”in baş məşqçisi Manuel Pelleqrini bu il yarımmüdafiəçinin fəaliyyətinə hörmət əlaməti olaraq ona kapitan statusu verib.