Argentina millisinin yarımmüdafiəçisi "Cenoa"da

"İnter"in və Argentina millisinin hücumameyilli yarımmüdafiəçisi Valentin Karboni 2025/26 mövsümünü icarə əsasında "Cenoa"da keçirəcək.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 20 yaşlı argentinalını almaq opsionu icarə müqaviləsinə daxil edilməyib.

Qeyd edək ki, Karboni "İnter"in gənclər akademiyasının yetirməsidir və daha əvvəl "Monza" və "Marsel"ə icarəyə verilib. O, ötən mövsümün ilk yarısını Fransa klubunda keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right