Milanın “San Siro” stadionu 2032-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarına ev sahibliyi edə bilməyəcək. Bu barədə “La Gazzetta dello Sport” xəbər verir.
Mənbənin sözlərinə görə, arena UEFA-nın tələblərinə cavab vermir. Hətta tam yenidənqurma işləri həyata keçirilsə də, bu, stadionun oyunları qəbuluna kömək etməyəcək. Əsas səbəb isə arenanın həddindən artıq köhnəlməsidir.
Xatırladaq ki, “Milan” və “İnter” komandaları hazırda “San Siro”da oynayır.
Avro-2032 İtaliya və Türkiyədə keçiriləcək. Turnirdə 24 deyil, 32 komandanın iştirak etmək imkanı nəzərdən keçirilir.