"Barselona" yeni oyunçusunun qardaşını hədəflədi

"Barselona" isveçli gənc futbolçu Rayan Barci ilə maraqlanır.
 
Newsport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
 
15 yaşlı vingerin "Kopenhagen"lə müqaviləsi başa çatmaq üzrədir və noyabrda 16 yaşına çatacaq. Bu səbəbdən bir çox Avropa klubları onu heyətinə qatmaq istəyir. "Barselona" da gənc istedadı transfer siyahısına daxil edib və danışıqlara başlayıb.
 
Eyni zamanda "Kopenhagen" Rayanla yeni müqavilə imzalamağa çalışır və tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Rayan Bardji "Barselona"nın yeni transferi Runi Bardjinin qardaşıdır.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right